Mirzə Fətəli Axundzadənin Tiflisdəki Ev Muzeyində təmir-bərpa işləri aparılıb - FOTO

Mirzə Fətəli Axundzadənin Tiflisdəki Ev Muzeyində təmir-bərpa işləri aparılıb - <span style="color: red;">FOTO
# 28 yanvar 2013 08:04 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin Gürcüstan paytaxtındakı Ev Muzeyində təmir-bərpa işləri başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təmir-bərpa işləri ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə aparılıb.

ARDNŞ-in rəsmi nümayəndəsi Şövqi Mehdizadə bildirib ki, yaxın günlərdə Ev Muzeyinin bərpadan sonra açılışı keçiriləcək: “Mirzə Fətəli Axundzadə ömrünün 44 ilini Tiflisə həsr edib. Onun Tiflis mühiti ilə əlaqəsi ömrünün gənc çağlarından başlayıb. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin bu böyük insanın Ev Muzeyini milli ornamentlərlə bəzədilərək daha gözəl və yaraşıqlı şəkildə bərpa etməkdə məqsədi gələcək nəsillərə babalarımızın mirasını olduğu kimi çatdırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR