Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 11% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 11% artıb
# 17 noyabr 2014 07:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 256 mln. 848,47 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 334 mln. 100,67 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 862 mln. 060,25 min manat, aksizlər üzrə 46 mln. 907,27 min manat, yol vergisi üzrə isə 13 mln. 780,28 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR