Bakıda Rusiya və İran prezidentlərinin görüşü olub

Bakıda Rusiya və İran prezidentlərinin görüşü olub
# 08 avqust 2016 15:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin Tehrana son səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafında xeyli irəliləyiş baş verdiyini qeyd edib: “Bizim dostluq münasibətlərimiz güclənir və genişlənir. Bu, iqtisadi, siyasi münasibətlərimizə, o cümlədən humanitar sferaya aiddir. Biz Azərbaycan prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR