Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilir

Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilir
# 05 iyul 2014 13:36 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupunun Bakıda növbəti toplantısı başlayıb.

AMB-nin Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən “APA-Economics”ə verilən məlumata görə, toplantının Bakıda keçirilməsini təşkil etməkdə əsas məqsəd Seçki Qrupunda təmsil olunan ölkələrlə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsidir.

Hökumət nümayəndələri və Seçki Qrupunda təmsil olunan üzv ölkələrin iştirakçılarının qatıldığı iclasdan öncə “Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri” mövzusunda seminar keçirilib.

Seminarın açılış mərasimində çıxış edən AMB-nin sədri Elman Rüstəmov Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin qlobal iqtisadiyyat qarşısında duran çağırışlara cavab vermək istiqamətindəki səylərə mühüm töhfələr verəcəyinə inamını bildirib. Seçki Qrupunun Bakı toplantısını Azərbaycanla DB və BVF arasındakı əməkdaşlığın yüksək səviyyəli göstəricisi kimi qiymətləndirən AMB rəhbəri qeyd edib ki, ötən 20 il ərzində Azərbaycanda iqtisadi islahatların aparılması sahəsində hər iki qurum fəal iştirak edib. Hər iki təşkilat daim Azərbaycana hərtərəfli maliyyə, texniki və intellektual dəstək verib.

Seçki Qrupunun iclasında isə DB və BVF-nin növbəti illik toplantısına dair hazırlıq işləri, qlobal iqtisadiyyatda gedən proseslər, üzv ölkələrin qarşılıqlı maraqlarının qorunması, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olunub. İclasda çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov BVF-də həyata keçirilmiş 14-cü kvota artımı və islahatları çərçivəsində Seçki Qrupuna aid olan müvafiq məsələlərin, o cümlədən Azərbaycanın qeyd olunan kvota artımı ilə bağlı razılığını BVF-na rəsmi formada bildirdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR