Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilir

Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilir
# 01 dekabr 2014 13:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İrəvanda Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilir.

APA-nın "Armenia today" saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz edirlər.

Aksiyada bir qrup vətəndaş, QHT və müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Onlar hər bir deputatın adına məktub yazıblar. Məktubda deputatlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair razılaşmanın ratifikasiyasına qarşı çıxmağa çağırılır.

Aksiyada iştirak edən müxalifət liderlərindən biri Paruyr Ayrikyan ölkənin Avrasiya İttifaqına sürükləyən insanları ruhi dispanserə yerləşdirməyə çağırıb: “Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR