Amerikalı həmsədr: "Görüşün baş tutması prezidentlərdən asılıdır"

Amerikalı həmsədr: "Görüşün baş tutması prezidentlərdən asılıdır"
# 30 sentyabr 2015 13:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş zamanı ilk növbədə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində gərginliyin artması məsələsinə toxunduq və tələb etdik ki, atəşkəs rejiminə əməl edilsin və ona hörmətlə yanaşılsın”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Armenia TV”yə müsahibəsində deyib.

O bildirib ki, söhbət əsnasında iki ölkə prezidentinin ilin sonuna planlaşdırılan görüşünə də toxunulub: “Görüşün nə zaman baş tutacağını və gündəliyi müzakirə etdik. Görüşün baş tutması prezidentlərdən asılıdır. Biz mümkün tarix və yerlər təklif edirik. Lakin şübhəsiz ki, hər şey onlardan asılıdır. Prezidentlər bəyan ediblər ki, intensiv dialoqa çalışırlar. Biz də buna səy göstəririk. Bu dialoq artıq razılaşdırılmış müəyyən prinsip və elementlərə əsaslanır. Bu son illərdə aparılan müzakirələrin spektridir və biz bunun əsasında Böyük sülh sazişini hazırlamaq istəyirik”.

Diplomat təmas xəttində müşahidə olunan gərginliyə görə hansı tərəfin məsuliyyət daşıması məsələsinə toxunaraq qeyd edib ki, kimin nə zaman birinci zorakılığa əl atdığını bilmək çətindir: “Bir tərəf digərini günahlandırır. Lakin biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə çağırırıq. Ağır hərbi texnikadan istifadə edilərək günahsız insanların öldürülməsindən narahatıq. Hesab edirik ki, bu, qəbuledilməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR