“PAŞA Həyat”ın sığorta ödənişlərinin həcmi 4 dəfədən çox artıb

“PAŞA Həyat”ın sığorta ödənişlərinin həcmi 4 dəfədən çox artıb
# 13 avqust 2015 09:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “PAŞA Həyat” sığorta şirkəti 2015-ci ilin yanvar-iyul ayları ərzində yüksək inkişaf meyllərini davam etdirib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,813 mln. manat və ya 43,04% artaraq 35,939 mln. manata, sığorta ödənişlərinin həcmi isə 5,111 mln. manat və ya təxminən 4 dəfə artaraq 6,832 mln. manata çatıb.

Qeyd olunan dövrün nəticələrinə görə, portfel üzrə ən çox yığımlar “həyatın ölüm halından sığortası”, “həyatın yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “əmək qabiliyyətinin sığortası” növlərinin payına düşüb.

Ödənişlərdə isə ən çox vəsait “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “sağalmaz xəstəliklərdən sığorta”, “kredit götürən şəxslərin həyat sığortası” və “həyatın yaşam sığortası” növləri üzrə ödənilib.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR