Serbiyada tuneldə iki sərnişin qatarının toqquşması nəticəsində 22 nəfər yaralanıb

Serbiyada tuneldə iki sərnişin qatarının toqquşması nəticəsində 22 nəfər yaralanıb
# 02 may 2013 20:11 (UTC +04:00)

Bakı-APA. Serbiyanın paytaxtı Belqradın yaxınlığında tuneldə iki sərnişin qatarının toqquşması nəticəsində 22 nəfər yaralanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 13.30-da (Bakı vaxtilə 16.30-da) baş verib. Subotitsa şəhərinə gedən qatar tuneldə nasazlıq səbəbindən dayanmış başqa bir qatarla toqquşub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, yaralananlardan bir nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR