Qaxda oğurluq edən şəxs saxlanılıb - VİDEO

Qaxda oğurluq edən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 10 iyul 2015 09:57 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda əvvəllər məhkumluq həyatı yaşayan şəxs oğruluq edən zaman tutulub.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax şəhəri Səməd Vurğun küçəsində yaşayan, 1977-ci il təvəllüdlü, Laçın Bəhram oğlu Bayramov iyul ayının 9-u axşam saatlarında, rayonun Qax İngiloy kəndində kənd sakini Yeganə Mustafa qızı İsmayılovaya məxsus evdə oğruluq edən zaman Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən elə hadisə yerində tutulub. Əməliyyat nəticəsində Laçın Bayramovdan Yeganə Mustafayevə məxsus evdən oğurladığı ev əşyaları maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Məlumatda bildirilir ki, Laçın Bayramov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR