İran müxalifətinin lideri qızları ilə telefon əlaqəsi saxlayıb

İran müxalifətinin lideri qızları ilə telefon əlaqəsi saxlayıb
# 02 may 2013 14:20 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd qızları ilə telefonla danışıb.

APA-nın “Kələmə” saytına istinadən məlumatına görə, valideynlərlə övladları arasında danışıq aprelin 30-da baş tutub.

İran təhlükəsizlik məmurları Z.Rəhnəvərdə üç qızının hamısı ilə danışmağa imkan verməyiblər və telefon əlaqəsini yarımçıq kəsiblər. Belə ki, Z.Rəhnəvərd iki qızı ilə danışıb, ancaq üçüncü qızı ilə danışmaq istəyərkən əlaqə kəsilib. Onlar sadəcə vəziyyətlərinin yaxşı olduğunu deyiblər.

Qeyd edək ki, M.Musəvi və Z.Rəhnəvərdin övladları ilə görüşü 43 gün əvvəl olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR