Rusiyanın Perm şəhərində baş verən partlayış nəticəsində yaşayış evinin bir hissəsi uçub, ölən və yaralananlar var

Rusiyanın Perm şəhərində baş verən partlayış nəticəsində yaşayış evinin bir hissəsi uçub, ölən və yaralananlar var
# 03 noyabr 2014 07:07 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə qaz partlayışı nəticəsində baş verib.

İlkin xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Lakin “İnterfaks” Rusiya DİN-in Perm diyarı üzrə Baş İdarəsinə istinadən binanın uçması nəticəsində 1 nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Hadisə yerində 120 xilasedici və 30 texnika çalışır. Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR