ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “Tərəflərlə qoşunların təmas xəttində mövcud vəziyyəti müzakirə etdik”

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “Tərəflərlə qoşunların təmas xəttində mövcud vəziyyəti müzakirə etdik”
# 05 aprel 2013 14:04 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu açıqlamanı Bərdədə jurnalistlərə ATƏT-in Minsk Qrupunun həmsədri İqor Popov verib.

“Biz hər iki tərəfdə hərbiçilərlə görüşdük. Hər iki tərəfdən qiymətləndirmələr bizə təqdim olundu. Tərəflərlə təmas xəttində mövcud vəziyyəti müzakirə etdik. Bu gün isə təmas xəttinin Ağdam istiqamətindən geri qayıtmışıq. Burda bizi təkcə hərbiçilər yox, həm də yerli icra orqanlarının rəhbər işçiləri qarşıladılar. Biz məcburi köçkünlərin problemləri barədə məlumat aldıq, su hövzələrinin istifadəsi, su təminatı məsələlərini müzakirə etdik”.

İqor Popov danışıqların Bakıda davam etdiriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR