Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayıb

Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayıb
# 01 fevral 2013 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiyanın ilk plenar iclası Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılıb.

İclasda açılış nitqi söyləyən spiker Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmaması barədə danışıb, bunu Azərbaycan dövlətinin və xalqının qələbəsi olduğunu bildirib: “Anti Azərbaycan qüvvələrinin niyyəti həyata keçmədi. İlham Əliyevin apardığı uğurlu siyasət qalıb gəldi”.

O. Əsədov yaz sessiyasının iş planından danışıb. Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, Hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin, Hesablama Palatasının, Ombudsman və bələdiyyələrlə bağlı illik hesabatın müzakirəyə çıxarılacağını deyib.

Qeyd edək ki, bugünkü iclasının gündəliyində 12 məsələ var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR