Paşha Bank
Bank Of Baku

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
# 02 oktyabr 2026 00:50 (UTC +04:00)

UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.

Apasport.az xəbər verir ki, oktyabrın 1-də A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.

Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş qolsuz heç-heçə ilə başa çatıb.

A Liqasının 2-ci qrupunda Almaniya Serbiyanı 2:0 hesabı ilə məğlub edib, Yunanıstan və Niderland isə 2:2 hesablı heç-heçəyə razılaşıb.

4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya səfərdə Danimarkanı 4:2 hesabı ilə üstələyib. Digər qarşılaşmada Uels Norveçi 2:1 hesabı ilə məğlub edib.

B Liqasında İrlandiya – Avstriya matçı 2:2, İsrail – Kosovo görüşü isə 0:0 hesabı ilə başa çatıb.

D Liqasının digər qrupunda Malta və Cəbəllütariq 1:1 hesablı heç-heçə edib.


Millətlər Liqası

1 oktyabr

20:00 – Azərbaycan – Lixtenşteyn 0:0
22:45 – Almaniya – Serbiya 2:0
22:45 – Yunanıstan – Niderland 2:2
22:45 – Danimarka – Portuqaliya 2:4
22:45 – Uels – Norveç 2:1
22:45 – İrlandiya – Avstriya 2:2
22:45 – İsrail – Kosovo 0:0
22:45 – Malta – Cəbəllütariq 1:1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR