Belarusda Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.
Bu barədə “RBK” nəşri Rusiya Dövlət Dumasının deputatı, hərbi əməliyyatlarla bağlı parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyevə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi Ukraynaya ölən 252 nəfərin meyitini təhvil verib. Ukrayna tərəfi isə Rusiyaya 23 nəfərin meyitini qaytarıb.
Mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” buraxılış məntəqəsində baş tutub. Ukraynanın Əsir və itkin düşmüş şəxslərlə iş üzrə Koordinasiya Qərargahı da mübadilə faktını təsdiqləyib.