Qara Qarayev Müasir Musiqi Festivalında multimedial opera nümayiş olunub

Qara Qarayev Müasir Musiqi Festivalında multimedial opera nümayiş olunub
# 24 aprel 2015 09:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 23-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində daha bir əsərin təqdimatı gerçəkləşib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, teatrın səhnəsində Vladimir Tarnopolskinin “Kölgənin o tərəfində” (“Jenseits der Schatten”, 2006) multimedial operası nümayiş olunub. Yeni Musiqi Studiyası Ansamblının (Rusiya) təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimovdur.

Opera 2006-cı ildə Betxoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar Vladimir Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun “Mağara haqqında əfsanə” və Pliniusun “Təsviri incəsənətin yaranışı” haqqındakı əfsanəsinə əsaslanır.


Multimedial opera tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Qara Qarayev VI Müasir Musiqi Festivalı aprelin 24-də başa çatacaq. Festivalın bağlanışı saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR