DSX ötən ay axtarışda olan 267 nəfəri saxlayıb - VİDEO

DSX ötən ay axtarışda olan 267 nəfəri saxlayıb - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 11:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Ötən ay dövlət sərhədini pozan 34 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA- ya verilən məlumata görə, DSX tərəfindən 2015-ci ilin mart ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxla­nılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, digərləri (hər ölkədən bir nəfər olmaqla) İran İslam Respublikası, Gürcüstan və Litva vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7 halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 23 halda 10 kiloqram (kq) 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan bir cinayətkar dəstə aşkarlanıb, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilib, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaq­ma­lın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası, 8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR