Şəkidə bir gecədə iki yanğın olub

Şəkidə bir gecədə iki yanğın olub
# 20 iyul 2014 11:11 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə bir gecədə iki yanğın hadisəsi qeydə alınıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğınlar rayonun Aşağı Göynük və Baş Göynük kəndlərində baş verib.

Hər iki yanğın baş verən əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Birinci yanğın hadisəsi rayonun Aşağı Göynük kəndində Şahid Hüseynəli oğlu Mustafayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 30 kv/m olan mal tövləsində baş verib. Yanğın nəticəsində tövlənin çardaq hissəsinin 16 kv/m sahəsinin yanar konstruksiyaları və çardağa yığılmış 4 ton quru ot kütləsindən 2 tonu yanaraq yararsız hala düşüb.

Digər yanğın hadisəsi rayon Baş Göynük kəndində Salman Salman oğlu Salmanova məxsus, ümumi sahəsi 800 kv/m olan anbarda baş verib. Yanğın nəticəsində anbarın dam örtüyünün 360 kv/m sahəsinin yanar konstruksiyası və anbara yığılmış 20 ton quru ot bağlamasının 16 tonu yanaraq yararsız hala düşüb. Hər iki yanğın hadisəsində xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR