Timor-Leste Azərbaycanla əməkdaşlıqda maraqlıdır - FOTO

Timor-Leste Azərbaycanla əməkdaşlıqda maraqlıdır - <span style="color: red;">FOTO
# 14 fevral 2013 11:24 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva- APA. Səfir Tamerlan Qarayev Timor-Leste prezidenti Taur Matan Ruaka Azərbaycanın Timor-Leste Demokratik Respublikasında səfiri təyin olunması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən imzalanmış etimadnamələri təqdim edib. APA-ya Azərbaycanın İndoneziya və eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfirliyindən verilən məlumatına görə, görüş zamanı T. Qarayev Azərbaycanın Timor ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına əhəmiyyət verdiyini deyib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında söhbət açan səfir, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğunu bildirib.

Timor-Leste prezidenti öz növbəsində isə iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Timor-Leste iqtisadiyyatının inkişaf etdiyini, Azərbaycanın bu çərçivədə təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu, ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu söyləyib. Prezident Timor dövlətinin Azərbaycanla əməkdaşlığa əhəmiyyət verdiyini və bu çərçivədə hökumətinə Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq qurmaq barədə tövsiyə veriləcəyini vurğulayıb.

T. Qarayev ikitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin və dövlətlər arasında hüquqi bazanın yaradılmasının vacibliyinə diqqət çəkib. T. M. Ruak hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə müvafiq tapşırıqların veriləcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR