Bank Of Baku

Şəki sakini ağacdan yıxılaraq xəsarət alıb

Şəki sakini ağacdan yıxılaraq xəsarət alıb
# 10 iyun 2018 20:52 (UTC +04:00)

Şəkidə 23 yaşlı qız gilas ağacından yıxılıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatının görə, bu gün axşam saat 18 radələrində Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsində yaşayan, 1995-ci il təvəllüdlü Nurlan Mübariz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
 

MRX-dan APA-ya verilən məlumatda bildirlib ki, 23 yaşlı Nurlan Əliyeva nənəsinin həyətyanı sahəsindəki gilas ağacından yıxılıb. Nəticədə N. Əliyevanın  11 və 12-ci döş fəqərələri sınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR