ABŞ Senatı respublikaçı Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatı respublikaçı Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib
# 27 fevral 2013 00:47 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresinin Senatı respublikaçı Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Çak Heygelin namizədliyini 57 senator dəstəkləyib, 41 nəfər isə əleyhinə səs verib.

Respublikaçılardan Heygeli cəmi 4 senator dəstəkləyib. Partiya yoldaşlarının əksəriyyətinin narazılığına, əsasən, onun İsraillə bağlı səsləndirdiyi sərt fikirləri və İrana qarşı yumşaq mövqeyi səbəb olub.

Xatırladaq ki, Çak Heygel müdafiə naziri postunda Leon Pannetanı əvəz edəcək.

Qeyd edək ki, müdafiə naziri vəzifəsinə təsdiqlənməsi üçün Çak Heygelə ən azı 51 səs gərək idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR