Sabirabadda 24 gün əvvəl itkin düşən 22 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kür çayının Sabirabad rayonu Azadkənd kəndindən keçən hissəsində meyiti tapılan şəxsin Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, iyunun 4-də itkin düşən 1996-cı il təvəllüdlü Xancan Malik oğlu Osmanov olduğu müəyyənləşib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
***
15.44
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən, nəzarətsiz ərazidə naməlum kişi meyiti aşkarlanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Meyit sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.