Bank Of Baku

Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edilib

Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edilib
# 27 aprel 2018 14:41 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

 

İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.

 

İşçi qrupu öz işini yekunlaşdıraraq yeni qaydaları Orfoqrafiya Komissiyasına təqdim edib.

 

Qeyd edək ki, 4 ay müddətində Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR