ABŞ nümayəndəsi: “NATO-nun simvolik ittifaq olmadığını göstərmək üçün Uels sammitində konkret təşəbbüslərə önəm veriləcək”

ABŞ nümayəndəsi: “NATO-nun simvolik ittifaq olmadığını göstərmək üçün Uels sammitində konkret təşəbbüslərə önəm veriləcək”
# 08 avqust 2014 08:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. NATO ölkələri 2015-ci il üçün fəaliyyət planlarını Şərqi Avropadakı mövqelərin gücləndirilməsi istiqamətində tərtib edəcəklər. APA-nın “Defencenews”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Departamentinin beynəlxalq təhlükəsizlik üzrə katibi Derek Kollet bildirib.

Pentaqon rəsmisi qeyd edib ki, gələn ay Uelsdə keçiriləcək sammitdə NATO-nun post-Əfqanıstan dövrü də müzakirə mövzusu olacaq: “Rusiyanın fevral ayında Krımı işğal etməsi və Ukraynanın şərq sərhədlərinə təzyiqlərini artırmasından sonra 28 üzvün hər biri bildirib ki, bölgədə hava məkanının təhlükəsizliyi və müdafiənin yaxşılaşdırılmasına öz töhfəsini verməyə hazırdırlar. Gündəmdə duran əsas məsələ Şərqi Avropada təhlükəsizlik vəziyyətinin gücləndirilməsidir. Bu istiqamətdə Uelsdəki zirvə görüşündə müzakirələr gedəcək. Eyni zamanda, Əfqanıstandan çıxandan sonra NATO-nun fəaliyyəti ilə bağlı müzakirələr nəzərdə tutulub”.

Kollet deyib ki, NATO-nun simvolik ittifaq olmadığını və bütün üzvlərin fəallığını göstərmək üçün Uels sammitində konkret təşəbbüslərə önəm veriləcək. Onun sözlərinə görə, ABŞ prezidentinin 2015-ci il büdcəsi üçün Konqresə göndərdiyi planda Şərqi Avropada mövqelərin möhkəmlənməsi üçün 1 milyard dollar nəzərdə tutulub: “Avropalı tərəfdaşlarımızın müdafiə xərclərini düzgün planlaşdırması üçün öz dəstəyimizi göstərməyə hazırıq. Hazırda müdafiəmizi əlaqəli şəkildə təşkil etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR