Böyük Britaniyanın Mançester şəhərində Xocalı soqırımının ildönümü ilə bağlı aksiya keçirilib - FOTOSESSİYA

Böyük Britaniyanın Mançester şəhərində Xocalı soqırımının ildönümü ilə bağlı aksiya keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2013 00:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-da Böyük Britaniyanın Mançester şəhərində yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya aksiya iştirakçısı, Mançesterdə yaşayan soydaşımız Babək Savalan açıqlama verib. O bildirib ki, yerli vaxtla saat 12:-00-da Mançester Universitetinin qarşısında keçirilən piketdə Xocalı soyqırımını əks etdirən fotolar nümayiş olunub: “ Aksiyada azərbaycanlılarla yanaşı Türkiyə və Kərkük türkləri də iştirak etdi. Əllərimizdə şüarlar yazılan plakatlar, Azərbaycan və Türkiyə bayraqları vardı. Yerdə qərənfillərlə Xocalı yazdıq. Bir neçə aksiya iştirakçısı əyninə ingilis dilində “Xocalıya ədalət” yazılan köynəklər geyinmişdi. Əhaliyə Xocalı soyqırımı haqqında buklet də payladıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR