Səttar Mehbalıyev: “Əvvəlki rəhbərlik dövründən «Azərkimya»nın həmkarlara 500 min manat borcu var”

Səttar Mehbalıyev: “Əvvəlki rəhbərlik dövründən «Azərkimya»nın həmkarlara 500 min manat borcu var”
# 29 iyun 2012 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis «Həmkarlar İttifaqları haqqında» qanuna dəyişiklik edib. APAnın məlumatına görə, dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, təklif olunan dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq işə götürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına keçirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı deputat, ARDNŞ-in «Azərkimya» İstehsalat Birliyinin direktoru Muxtar Babayev dəyişiklikdə nəzərdə tutulan 4 iş günü məsələsinə etiraz edərək bu vaxtın uzadılmasını istəyib. M. Babayevin təklifini əsassız hesab edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev isə ona etiraz edib: «Siz bu sistemdə təzəsiniz. Sizdən əvvəlki rəhbərlik dövründən «Azərkimya»nın həmkarlara 500 min manat borcu var. Bəzi üzdəniraq təşkilat rəhbərləri var ki, onların təşkilatlarında 30 min, 50 min vəsait toplanıb, ancaq köçürmə etməyiblər. Yoxlamalar zamanı bu pulun hara getdiyi məlum olmayıb. Ona görə də 4 gün ərzində köçürmə beynəlxalq standartlara uyğundur”.

Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR