Almaniyanın BLM təşkilatı İranın “Press TV” xəbər kanalının SES Astra peykindən yayımını dayandırıb

Almaniyanın BLM təşkilatı İranın “Press TV” xəbər kanalının SES Astra peykindən yayımını dayandırıb
# 04 aprel 2012 22:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyanın telekommunikasiya və mətbuata nəzarəti həyata keçirən BLM təşkilatı İranın ingilisdilli “Press TV” xəbər kanalının SES Astra peykindən yayımını dayandırıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bununla bağlı SES Astra şirkətinin direktorunun müavini Stefab Qubel İranın Teleradio Təşkilatının rəsmilərinə göndərdiyi elektron məktubunda bildirib. O, BLM təşkilatının peyk rəhbərliyindən bu kanalın yayımının dayandırılmasının tələb olunduğunu deyib. Buna səbəb kimi BLM təşkilatından “Press TV” kanalının Avropada yayımlanmasına icazəsi olmadığını göstərib.
Qeyd edək ki, bu il yanvarın 20-də Böyük Britaniyanın telekommunikasiya və mətbuata nəzarəti həyata keçirən Ofcom təşkilatı da “Press TV” kanalının yayımını dayandırıb və lisenziyasını ləğv edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR