Xızıda istifadəyə yararlı 14 top mərmisi və 90 ədəd partladıcı aşkarlanıb

Xızıda istifadəyə yararlı 14 top mərmisi və 90 ədəd partladıcı aşkarlanıb
# 14 aprel 2012 10:11 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyə məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri, həmçinin, xüsusi təlim keçmiş itləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən, təxminən 2 hektar ərazidə aşkarlanmış sursatın istifadəyə yararlı olan 14 ədəd 122 millimetr kalibrli top mərmisi və adıçəkilən top mərmisinin 90 ədəd partladıcısı olduğu müəyyən olunub. Qeyd olunan əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR