ABŞ prezidentinin vertolyotuna yaxınlaşan təyyarə ələ keçirilib

ABŞ prezidentinin vertolyotuna yaxınlaşan təyyarə ələ keçirilib
# 17 fevral 2012 04:29 (UTC +04:00)
Bakı-APA. ABŞ hərbi hava qüvvələri ABŞ prezidenti Barak Obama olan vertolyota yaxınlaşan kiçik təyyarəni ələ keçirilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, iki qırıcı təyyarə Kaliforniya ərazisində xüsusi mülkiyyətdə olan Sesna tipli təyyarəni Lonq Biç hava limanına enməyə məcbur ediblər.
Təhlükəsizlik orqanların əməkdaşları bildiriblər ki, ehtimallara görə təyyarənin pilotu hər hansı qərəzli niyyəti olmayıb. Lakin təyyarədə 20 kq narkotik vasitə olan marixuana tapılıb. İndi pilot bu faktı izah etməli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR