“Media, jurnalistlərə qarşı məhkəmə işləri” mövzusunda dəyirmi masa keçirilib

“Media, jurnalistlərə qarşı məhkəmə işləri” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2012 09:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Media Hüququ İnstitutu (MHİ) “Media, jurnalistlərə qarşı məhkəmə işləri” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə institutun koordinatoru Xalid Ağaliyev “Böhran və təhqirlərlə bağlı məhkəmə işləri, son 5 ilin statistikası”, MHİ-nin direktoru Rəşid Hacılı isə “Diffamasiya işləri ilə bağlı məhkəmə qərarları, qərarların Avropa Məhkəməsi təcrübəsinə uyğunluğu”, ekspert Ələsgər Məmmədli media hüququ mövzularında çıxış ediblər.

Dəyirmi masa da bildirilib ki, 2005-ci ildə mediaya qarşı 14 məhkəmə prosesi keçirilib, 1 jurnalist həbs olunub, ümumilikdə mətbuat orqanlarına 450 min manat cərimə kəsilib.

2006-cı ildə 29 məhkəmə keçirilib, 3 jurnalist həbs edilib, KİV 950 min manat cərimələnib. 2007-ci ildə 103 məhkəmə işi keçirilib, 9 jurnalist həbs edilib, mətbuat orqanlarına qarşı 942 min manat cərimə kəsilib. 2008-də məhkəmə işinin sayı 25, həbs olunan jurnalistlər 2 nəfər olub, 7 nəfərə icbari iş kəsilib, 106 min manat cərimə təyin olunub.

2009-cu ildə 28 məhkəmə işi baş tutub, 3 jurnalistə qarşı həbs-qətimkan tədbiri seçilib, 6-sı icbari işə cəlb olunub. 2010-cu ildə 71 məhkəmə prosesi keçirilib, 5 jurnalistə qarşı icbari cəza tətbiq olunub, mətbuat orqanları 37500 manat cərimələnib.

2011-ci ildə 32 məhkəmə işi olub, 1 jurnalist icbari cəzaya məhkum edilib, 46700 min manat cərimə kəsilib. 2012-ci ilin ötən dövrü ərzində 11 məhkəmə prosesi keçirilib, media qurumlara qarşı 50 min manat cərimə kəsilib. Həbs olunan jurnalist yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR