İstanbulda Azərbaycan və Braziliya biznesmenlərinin görüşü keçiriləcək

İstanbulda Azərbaycan və Braziliya biznesmenlərinin görüşü keçiriləcək
# 23 oktyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabr ayının 30-da İstanbulda Azərbaycan və Braziliya iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, sənaye, tikinti, yüngül sənaye (dəri emalı) və s. sahələri təmsil edən iş adamlarının iştirakı gözlənilir.

Tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR