Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımızı ehtiyatlı olmağa çağırıb

Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımızı ehtiyatlı olmağa çağırıb
# 03 may 2012 12:40 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

“Qahirədə iğtişaşlar baş verib, lakin xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bununla belə səfirliyimiz Misirdə yaşayan vətəndaşlarımıza – onların əksəriyyəti Ayn Şəms Universitetinin tələbələridir – sayıqlıq nümayiş etdirməyi, ehtiyatlı olmağı, bir müddət dərsə getməkdən çəkinməyi tövsiyə edib”.

Xatırladaq ki, dünən Qahirənin Abbasiyə rayonunda baş verən toqquşmalarda 11 nəfərə həlak olub. Onların arasında aksiya iştirakçıları ilə yanaşı, təsadüfən yoldan keçənlər də var. Bu gün Qahirədə və Misirin digər böyük şəhərlərində hərbi hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR