Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası dövlət mükafatları üçün əsərlərin qəbulunu elan edib

Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası dövlət mükafatları üçün əsərlərin qəbulunu elan edib
# 17 fevral 2012 14:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2012-ci ildə dövlət mükafatları üçün əsərlərin (işlərin) qəbulunu elan edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2012-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR