Azərbaycan fond bazarı son bir ildə 36% artıb

Azərbaycan fond bazarı son bir ildə 36% artıb
# 02 noyabr 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 8,251 mlrd. manat təşkil edib. Bu isə 2011-ci ilin analoji dövrünə nisbətən 35,8% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 18,5% artaraq 687,756 mln. manata çatıb. Korporativ istiqrazların ilkin bazarında 72 əqd üzrə 37,535 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 104 əqd üzrə 285,264 mln. manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 3,5 dəfə, təkrar bazarı isə 19,7% azalıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 364,957 mln. manat təşkil edib və 2011-ci ilin yanvar-oktyabr aylarına nisbətən 4 dəfə artıb. Səhmlərin ilkin bazarı 4,2 dəfə, təkrar bazarı isə 23,9% artıb.

Hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 2,3 dəfə, o cümlədən istiqrazların ilkin bazarının həcmi 2,3 dəfə, təkrar bazarın həcmi isə 2,2 dəfə azalıb. Azərbaycan Mərkəzi Bankının notları hesabat dövründə 37,6% artaraq 784,312 mln. manata çatıb, o cümlədən notların ilkin bazarı 37,7%, təkrar bazarı isə 30,7% artıb. Ümumiyyətlə, yanvar-oktyabr aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 37,5% artıb.

BFB-da qiymətli kağızlar üzrə keçirilmiş hərraclar

Bazarın seqmentləri

Yanvar-oktyabr, 2012

Yanvar-oktyabr, 2011

Nisbət, %

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN) (yerləşdirmə)

90 520 502,37

47

210 444 668,77

115

-2,3 dəfə

Dİ (AMN)
(təkrar bazar)

18 146 719,85

15

39 563 251,84

40

-2,2 dəfə

Notlar (AMB) (yerləşdirmə)

771 824 818,01

193

560 442 611,95

232

37,7%

Notlar (AMB)
(təkrar bazar)

12 486 939,02

8

9 555 687,77

5

30,4%

Repo əməliyyatları

6 669 760 155,49

905

4 679 022 462,21

1 091

4,2 dəfə

DQK bazarı cəmi

7 562 739 134,74

1 168

5 499 028 682,54

1 483

37,5%

Korporativ istiqrazlar (yerləşdirmə)

37 535 335,00

72

133 607 075,46

77

28,09%

Korporativ istiqrazlar (təkrar bazar)

285 264 342,71

104

355 154 749,07

87

80,32%

Səhmlər (yerləşdirmə)

354 986 325,77

207

83 703 599,10

119

424,10%

Səhmlər
(təkrar bazar)

9 970 172,94

2 850

8 043 696,96

2 940

23,9%

KQK bazarı cəmi

687 756 176,42

3 233

580 509 120,59

3 223

18,5%

Cəmi

8 250 495 311,16

4 401

6 079 537 803,13

4 706

35,7%


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları

KQK – Korporativ qiymətli kağızlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR