İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbirinin cəza müddəti azaldılıb
02 avqust 2012 10:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. A. Bayramlının qardaşı Yaşar Bayramlının APA-ya verdiyi məlumata görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub. Onun cəzası 2 ildən 1 ilə endirilib
Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olur.
Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olur.
Hadisə
Şirvanda bəzi attraksionların istismarı dayandırılıb - VİDEO
10:02
21 may 2024
Neftçalada narkokuryer saxlanılıb - FOTO
08:38
21 may 2024
Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb - FOTO
08:14
21 may 2024
Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
07:47
21 may 2024