Sabirabadda süni mayalanma tədbirlərinin genişləndirilməsinə dair seminar-müşavirə keçirilib

Sabirabadda süni mayalanma tədbirlərinin genişləndirilməsinə dair seminar-müşavirə keçirilib
# 18 may 2012 12:58 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda kənd təsərrüfatı naziri İsmət Abasovun iştirakı ilə süni mayalanma tədbirlərinin genişləndirilməsinə dair respublika seminar-müşavirəsi keçirilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, nazir İ.Abasov əvvəlcə süni mayalanmaya həsr olunan göstəricilər və qazanılan uğurlara həsr olunan stendlərə baxış keçirilib.
Daha sonra rayon Mədəniyyət Evində keçirilən müşavirədə 56 rayonun İcra Hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, baytarlıq xidməti rəhbərləri, heyvandarlıq üzrə mütəxəssislər, süni mayalanma mütəxəssisləri də daxil olmaqla 600 nəfərdən çox nümayəndə iştirak edib.
Müşavirədə çıxış edən nazir İ.Abasov ölkədə həyata keçirilən ərzaq təhlükəsizliyindən danışaraq bildirib ki, əhalinin ət və ət məhsulları ilə təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir. Son günlər hava şəraitinin bəzi bölgələrdə qeyri-sabit keçdiyini xatırladan nazir bunun məhsul itkisinə ciddi ziyan vurmadığını qeyd edib. Qeyd olunub ki, əhalinin keyfiyyətli ət məhsulları ilə təmin olunması üçün mal-qaranın cins tərkibi dəyişdirilir, süni mayalanma işləri aparılır. Azərbaycana xeyli sayda iribuynuzlu cins mal-qaranın gətirildiyini deyən nazir bildirib ki, ölkədə cins damazlıq heyvanların yetişdirilməsi üçün ilk dəfə olaraq Göygöl rayonunda süni mayalanma mərkəzi yaradılıb. Son beş ildə süni mayalanma işinin genişləndirilməsi məqsədilə 500 nəfər süni mayalanma texniki kurslarına cəlb olunub. Bütövlükdə son illər 78 216 baş iribuynuzlu mal-qara arasında süni mayalanma aparılıb. Nəticədə 46 855 baş bala alınıb.
Digər çıxış edənlər də mal-qaranın cins tərkibinin dəyişdirilməsi, ət və süd məhsullarının artırılması üçün süni mayalanma tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, mal-qaranın yetişdirildiyi bütün bölgələrdə süni mayalanma tədbirləri davamlı olaraq aparılmalı və inkişaf etdirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR