Azərbaycanda heyvanların quduzlaşmasının qarşını almaq üçün xüsusi layihə hazırlanır

Azərbaycanda heyvanların quduzlaşmasının qarşını almaq üçün xüsusi layihə hazırlanır
# 07 iyun 2012 14:07 (UTC +04:00)
Bunu «APA-Economicsə açıqlamasında DBX-nin rəisi Sialə Rüstəmova bildirib.

S.Rüstəmovanın sözlərinə görə, yeni təklif layihəsində vəhşi heyvanların vaksinasiyası ilə sahibsiz çöl itləri də nəzərdə tutulub: «Layihənin hazırlanması üçün ilkin olaraq hansı ərazidə quduzluq xəstəliyinin çox olması ilə bağlı monitorinqlər aparılacaq. Bunun üçün Beynəlxalq Ekstrativ Büronun ekspertləri Azərbaycana dəvət olunub».

S.Rüstəmova bildirib ki, təxmini olaraq layihə 1 mln. manata başa gələcək. Bu vəsaitin əldə olunması üçün beynəlxalq donor təşkilatları və Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Layihədə Azərbaycanın sərhəd rayonları ərazilərində xüsusi vaksinlərin yemlə qarışdıraraq helikopter vasitəsilə həmin ərazilərə səpilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycanda sahibsiz itlərin və vəhşi heyvanların quduzluq xəstəliyinə tutulma riskini azaltmaqdır.

S.Rüstəmova layihə ilə bağlı yekun sənədin bu ilin payız aylarında Nazirlər Kabinetinə təqdim ediləcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR