“Dell” şirkətinin xalis mənfəəti 33% azalıb

“Dell” şirkətinin xalis mənfəəti 33% azalıb
# 23 may 2012 10:48 (UTC +04:00)
Bakı - APA-Economics. Cari maliyyə ilinin I rübündə (mayın 4-də başa çatıb) ABŞ-ın “Dell” şirkətinin xalis mənfəəti 32,8% azalaraq 945 mln. dollardan 635 mln. dollara enib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə “Dell”in gəlirləri 4% azalaraq 15,02 mlrd. dollardan 14,42 mlrd. dollara düşüb. Əməliyyat mənfəəti isə 824 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 47% azdır. Ötən ilin I rübündə bu göstərici 1 mlrd. 212 mln. dollar olub.

Qeyd edək ki, “Dell” kompüter istehsalı ilə məşğul olan nəhəng şirkətlərdən biridir. Şirkətin mənzil-qərargahı Texas ştatının Raund-Rok şəhərində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR