İspaniyanın “Iberia” aviaşirkətinin pilotları uzunmüddətli tətilə başlayıb

İspaniyanın “Iberia” aviaşirkətinin pilotları uzunmüddətli tətilə başlayıb
# 09 aprel 2012 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Iberia” aviaşirkətinin pilotları üç aylıq silsilə tətil aksiyasına başlayıb.

APA-Economics”in xəbərinə görə, pilotlar aprelin 9-dan iyulun 20-dək hər həftənin bazar ertəsi və cümə günləri tətil keçirəcək.

Aksiyanın ilk günündə 156 aviareys təxirə salınacaq. Bu səbəbdən Madrid hotellərində aviareysi təxirə salınmış sərnişinlər üçün minlərlə nömrə hazırlanıb.

Etiraz aksiyasının “Iberiya”ya 90 mln. avro zərər vuracağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR