Abel Məhərrəmov Nobel mükafatçılarını qəbul edib - FOTO

Abel Məhərrəmov Nobel mükafatçılarını qəbul edib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2012 12:56 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, Universitet haqqında məşhur alimlərə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Nanotexnologiya və innovasiyalardan də danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb.
Daha sonra Nobel mükafatı laureatları - Laflin Robert Betts və Markus Rudolf Artur fizika və Kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR