Ombudsman Aparatının nümayəndələri 6 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının nümayəndələri 6 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər
# 30 iyun 2012 11:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı müəssisəsinin bir sıra obyektlərinə baxış keçirilib, saxlanma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

Məlumata görə, MPM qrupunun həmin müəssisəyə aprel ayında keçirdiyi başçəkmə zamanı verilən bir sıra tövsiyələr də nəzərə alınaraq, Ədliyyə Nazirliyinin tapşırığı ilə müəssisədə xeyli iş görülüb, müəssisənin bir sıra obyektdə, o cümlədən cərimə təcridxanasında təmir işləri yekunlaşdırılıb.

Başçəkmə zamanı cərimə təcridxanasında qəbul edilmiş 24 nəfər məhkum saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

Ombudsman Elmir Süleymanova başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR