Dələduzluq və digər cinayətdə təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsi başlayıb
![Dələduzluq və digər cinayətdə təqsirləndirilən hüquq müdafiəçisinin məhkəməsi başlayıb](https://apa.az/storage/news/2012/april/19/big/blank.jpg)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə B. Məmmədovun vəkili Anar Qasımov vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin başa çatdığını bildirib. Vəkil həbs-qətimkan tədbiri olmadan B. Məmmədovun həbsdə saxlanılmasının qanunsuz olduğunu əsas gətirərək, onun azadlığa buraxılmasını istəyib. Müşavirədən sonra hakim B. Məmmədovun barəsində qeyri-müəyyən vaxtadək yenidən həbs-qətimkan tədbiri seçildiyini bildirib.
Prosesin baxış iclası isə aprelin 27-nə təyin olunub.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ötən il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.

Hadisə
![Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB](https://apa.az/storage/news/2024/june/26/big/667b9e6a49747667b9e6a497481719377514667b9e6a49745667b9e6a49746.jpg)
Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb - FOTO - YENİLƏNİB
![Bakıda gənc oğlan qətlə yetirilib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/26/big/667b541f40ca1667b541f40ca21719358495667b541f40c9e667b541f40ca0.jpg)
Bakıda gənc oğlan qətlə yetirilib - FOTO
![Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb](https://apa.az/storage/news/2024/june/26/big/667b2fcaead01667b2fcaead021719349194667b2fcaeacff667b2fcaead00.jpg)
Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb
![Şərurda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/26/big/667b2e90bc93c667b2e90bc93d1719348880667b2e90bc939667b2e90bc93a.jpg)