Moskvada “Gələcəyin mediası” adlı beynəlxalq forum keçirilir - FOTOSESSİYA

Moskvada “Gələcəyin mediası” adlı beynəlxalq forum keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyun 2012 09:22 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Gələcəyin mediası” adlı II beynəlxalq forum keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “RİA Novosti” agentliyinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın aparıcı KİV rəhbərləri, Rusiyanın tanınmış jurnalist birliklərinin nümayəndələri və tanınmış media ekspertləri iştirak edirlər.

Forumu giriş sözü ilə açan “RİA Novosti”nin baş direktoru Nikolay Biryukov deyib ki, tədbir iştirakçıları informasiya texnologiyaları haqqında məsləhətlər və xarici KİV-in fəaliyyət rejimi ilə bağlı bilgilər əldə edəcəklər: “Ekspertlər sosial media ilə uğurlu əməkdaşlığın və KİV sahəsininin kapitallaşdırılmış mərkəzini təyin etməyin yollarından danışacaqlar. Bundan başqa, forum iştirakçılara Rusiya və dünyanın aparıcı şərhçilərinin təqdimatında KİV-in inkişafının əsas istiqamətləri ilə tanış olmağa imkan verəcək”.

Rusiyanın rabitə və informasiya texnologiyaları naziri Nikolay Nikiforov baş nazir Dmitri Medvedevin iştirakçılara təbrik məktubunu oxuyub.

Forumun moderatoru, “RİA Novosti” Media Laboratoriyasının sədri Vasili Qatov forumda ABŞ və Avropanın media sahəsində aparıcı ekspertlərinin çıxış edəcəklərini söyləyib: “Onlar öz təcrübələrini forum iştirakçıları ilə bölüşəcəklər”.

Qeyd edək ki, “Gələcəyin mediası” beynəlxalq forumunda məşhur sosioloq-ekspert Manuel Kastels, "CBS News" telekompaniyasının top-meneceri Endryu Heyvord, “The Boston Globe” nəşriyyat evinin vitse-prezidenti Ceff Moriatti, sosial medianın monitorinqi və statistikası sahəsində dünyanın ən tanınmış kampaniyasının yaradıcısı Jiri Voves, internet texnologiyası üzrə ekspert Arsen Revizov, media analitiki Andrey Miroşniçenko və digərləri forum iştirakçıları ilə öz təcrübələrini bölüşəcəklər.

Azərbaycanın APA İnformasiya Agentliyi və “AzərTAc” Dövlət Teleqraf Agentliyi də forumda iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR