ABŞ Senatı iyunun 13-də Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək

ABŞ Senatı iyunun 13-də Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək
# 06 iyun 2012 07:54 (UTC +04:00)
APA-nın ABŞ Senatının rəsmi saytına istinadən yaydığı məlumata görə, prezident Barak Obama aprelin sonunda Azərbaycandakı səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini irəli sürüb.

Prezident Morninqstarın namizədliyini səfir postunda çalışan Metyu Brayza 2012-ci ilin yanvarında istefa verdikdən sonra irəli sürüb. Brayza prezidentin sərəncamı ilə səfir postuna təyin edilsə də, onun namizədliyi erməni lobbisinin təzyiqi ilə Konqresdə təsdiqlənməyib.

Xatırladaq ki, Riçard Morninqstar 2009-cu ilin aprelindən ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır. Bundan əvvəl o Stenford və Harvard universitetlərində hüquq dərsi deyib. Morninqstar 1999-2001-ci illərdə ABŞ-ın Avropa Birliyində səfiri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR