«EuroVillage»də İtaliya, İspaniya, Almaniya və Fransanın «Eurovision 2012» təmsilçiləri çıxış ediblər - FOTOSESSİYA

«EuroVillage»də İtaliya, İspaniya, Almaniya və Fransanın «Eurovision 2012» təmsilçiləri çıxış ediblər - <font color=red>FOTOSESSİYA</font>
# 22 may 2012 20:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mayın 22-də Dənizkənarı Milli Parkda təşkil olunan «EuroVillage»də birbaşa finalda çıxış edəcək ölkələrin təmsilçiləri konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə, açıq hava altında təşkil olunan bu konsertdə Almaniya təmsilçisi Roman Lob, Fransa təmsilçisi Anqun, İspaniya təmsilçisi Pastora Soler, İtaliya təmsilçisi Nina Zilli öz müsabiqə mahnıları ilə bərabər, öz repertuarlarındakı mahnıları ifa ediblər. Pastora Soler bütün Bakı əhlini Azərbaycan dilində salamlayıb və yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığını bildirib. Hər bir çıxışçı üç mahnı ifa edib. İfalardan sonra Bakı əhli və şəhərimizin qonaqları üçün dj Mansurun iştirakı ilə xüsusi diskoteka təşkil edilib.

Bildirək ki, «EuroVillage» mayın 26-dək açıq olacaq və bu məkanda hər gün mütəmadi olaraq konsert proqramları təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR