ATƏT-in baş katibi: “Biz Minsk qrupunun və onun həmsədrlərinin səylərini dəstəkləməyə davam edirik”

ATƏT-in baş katibi: “Biz Minsk qrupunun və onun həmsədrlərinin  səylərini dəstəkləməyə davam edirik”
# 24 oktyabr 2012 05:31 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bunu Rusiyada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannier İnterfaks agentliyinə müsahibəsində deyib.

O deyib ki: “Mən bu narahatçılığı şəxsən bölüşürəm. Biz Minsk qrupunun və onun həmsədrləri olan RF, Fransa və ABŞ-ın səylərini dəstəkləməyə davam edirik. Əgər hər iki tərəfdən danışıqlar yolu ilə sülh razılaşmasının nailiyyəti üçün siyasi iradə yoxdursa, onda heç bir beynəlxalq səy təsirli ola bilməz. Mən bunu Nyu-Yorkda xarici işlər nazirləri ilə görüşlər zamanı vurğuladım. Gərginliyin daha da artmasının qarşısının alınması və regionda çoxdan gözlənilən təhlükəsizliyin təmin olunmasının yeganə üsulu danışıqların mahiyyətinə dönüş və gələcəyə oriyentasiyayadır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR