Fələstin Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 306 nəfər ölüb, 2250 nəfər yaralanıb

 Fələstin Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 306 nəfər ölüb, 2250 nəfər yaralanıb
# 19 iyul 2014 10:17 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində ümumilikdə 306 nəfər ölüb, 2250 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib.

Ötən gecə Qəzzanın müxtəlif rayonlarına endirilən zərbələr nəticəsində 9 mülki fələstinlinin öldüyü qeyd olunur.

Əlavə edilib ki, iyulunun 7-dən bəri davam edən hücumlarda ölən 306 nəfərdən 74-ü uşaq, 26-sı isə qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR