Pulları qaytarılmayan əmanətçilər “Royal Bank” ASC-nin ofisi qarşısında etiraz aksiyası keçiriblər - FOTO

Pulları qaytarılmayan əmanətçilər “Royal Bank” ASC-nin ofisi qarşısında etiraz aksiyası keçiriblər - <span style="color: red;">FOTO
# 07 mart 2013 15:03 (UTC +04:00)

APA-nın məlumatına görə, əmanətçilər bankın lisenziyası ləğv edildikdən sonra vəsaitlərinin geri qaytarılmamasına etiraz ediblər.

Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Azər Həsənov bildirib ki, 7000-ə qədər əmanətçinin vəsaitinin bir qismini Əmanətlərin Sığortalanması Fondu ödəsə də, xeyli miqdarda vəsait ödənməmiş qalıb: “Bizdə olan məlumata görə, təkcə fiziki şəxslərə ödənməmiş vəsaitlərin miqdarı 45 milyon manata yaxındır. Bizə vəsaitlərin qaytarılacağı vəd edilsə də, ümumi vəsaitlərin yalnız 4.4 faizi əmanətçilərə qaytarılıb. Ona görə də, vəsaitlərin geri qaytarılması qeyri-real görünür. Təyin edilən ləğvedici şirkətdən 6 ay ərzində heç bir rəsmi məlumat almamışıq”.

A. Həsənovun sözlərinə görə, artıq ölkə prezidentinə müraciət üçün məktub imzalanıb və yaxın günlərdə məktub prezidentə göndəriləcək.

Daha sonra əmanətçiləri Mərkəzi Bankın təyin etdiyi ləğvedici şirkətin sədri qəbul edib. Lakin əmanətçilər bu görüşdən də narazı qalıblar.

Əmanətçiləri qəbul edən şəxs mətbuata açıqlama verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR