Azərbaycanda bütün növ təhsil müəssisələrinin müstəqilliyi artırılacaq

Azərbaycanda bütün növ təhsil müəssisələrinin müstəqilliyi artırılacaq
# 08 may 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ölkədə məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılması istiqamətində aparılacaq islahatları açıqlayıb.

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq.

Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlu tədbirlər gerçəkləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR