Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 aprel 2013 07:50 (UTC +04:00)

Ağsu. Zahid Abışov-APA. Bakı-Şamaxı-Yevlax yolunda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında yolun Ağsu rayonun Eyyubbəyli kəndindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini Vüqar Abbasovun idarə etdiyi “KamAZ” markalı maşınla, həmyerlisi, 1981-ci il təvəllüdlü Ağakişiyev Araz Yaşar oğlunun idarə etdiyi “Opel” markalı maşın toqquşub. Nəticədə Araz Ağakişiyev hadisə yerində ölüb, sərnişini, İsmayıllı rayon sakini Rza Zeynalov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR